"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç "Milan"a qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, isveçli futbolçu İtaliya klubundan təklif aldığını təsdiqləsə də, ABŞ-da qalmağın əleyhinə olmadığını da gizlətməyib. O, söyləyib ki, burada daha 1 il oynaya bilər:
"Milan"dan təklif var, ancaq "Los-Anceles Qelaksi"də daha bir mövsüm keçirmək mənim üçün problem olmayacaq. "Milan" məni sevir, bu, sirr deyil. Orada 2 mükəmməl mövsüm keçirmişəm. Həmin vaxt komandadan getmək istəmirdim, amma onlar məni PSJ-yə göndərdi.
Ümumilikdə, "Milan" mənə yaxşı münasibət göstərdi. Ora "Barselona"dan getmişdim. İspaniyadan kədərli ayrılmışdım, amma "Milan"ın sayəsində yenidən gülümsəməyə başladım. Onlara borcumu ödəmək istərdim. Ancaq indi nə "hə", nə də "yox" deyə bilərəm. Baxaq, görək, necə olur. Qattuzo əla oyunçu olub, indi isə əla məşqçidir".
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov