"Neftçi"də hamı qayıtdı - Mustivardan başqa

"Neftçi"də hamı qayıtdı - Mustivardan başqa
XƏBƏR 22 Noyabr 2018 / 18:06 2055
-  A +

"Neftçi” Topaz Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün öz bazasında məşqə çıxıb. Ruslan Abışov və Məhəmməd Mirzəbəyovun fərdi məşq etdiyi hazırlıq prosesinə əsas və U-21 milli komandalarımızın düşərgəsindən dönən futbolçular da qatılıblar. Haiti yığmasından bu axşam qayıdacaq Soni Mustivar isə sabahkı məşqdə iştirak edəcək.

Xatırladaq ki, "Səbail” – "Neftçi” oyunu noyabrın 25-də "Bayıl Arena”da baş tutacaq və saat 17:00-da start götürəcək.


Son xəbərlər
topaz banner