“Gəncə şəhərindəki yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq xəsarət almış insanlara şəfa, dünyasını dəyişən həmvətənlərimizə isə Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk.
Bu gün növbəti mərhələyə vəsiqə qazanmışıqsa, deməli, hər şeyi düzgün etmişik. Komandanın üzərində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Turnirin əvvəlində də demişdim, yenə təkrar edirəm, heyətimizdə yer alan bütün futbolçulara inanırdım, inanıram və qələbə münasibəti ilə hər birini təbrik edirəm, onlarla qürur duyuram".
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə qrup mərhələsinin sonuncu turunda Lixtenşteynə 3:0 hesabı ilə qalib gəldiyi oyundan sonra deyib.
Bu qələbə ilə elit mərhələyə yüksələn millimizin çalışdırıcısı bildirib ki, oyunlara 11 aydır hazırlaşırdılar:
"Komandamızın hər bir üzvü mərhələ adlamaq üçün çox istəkli idi. Hər oyundan sonra istəyimizə çatacağımıza inanırdıq. Bu uğurun qazanılmasında klublarda çalışan məşqçilərin də əməyi böyükdür. Onlara da çox sağ olun, deyirəm. Ancaq görüləsi işlərimiz də az deyil. Lixtenşteynlə qarşılaşmaya gəldikdə, qeyd edim ki, hər bir rəqiblə oyuna fərqli taktika ilə çıxmışdıq. Bugünkü oyunla bərabər paralel keçirilən matçın nəticəsi də mərhələni adlamaq baxımından əhəmiyyətli idi. Ancaq uşaqlara dedim ki, siz oyununuzu oynayın, qələbənizi qazanın. Gürcüstan – İsrail oyunu barədə isə onlara matç ərzində heç bir məlumat vermədik. Yekun biz istəyən kimi oldu. Əlbəttə, turnir həm məşqçilər, həm də futbolçular üçün böyük təcrübə oldu”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı