"Keşlə" beş qolla qalib gəldi

"Keşlə" beş qolla qalib gəldi
XƏBƏR 18 Noyabr 2018 / 22:04 2815
-  A +

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Keşlə" yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, komanda birinci divizion təmsilçisi "Qaradağ-Lökbatan"la qarşılaşıb. Matç "Keşlə"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Premyer Liqa klubunun heyətində Samir Məsimov, Elmir Rəhimzadə, Andre Klennon, Tərlan Quliyev və Bahadur Nəsimov fərqləniblər.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner