İndiki uşaqlar yaman tez böyüyür, odur ey, "Qol.az"ın 10 yaşı oldu. 10 yaşları olmalarına baxmayaraq, artıq oturuşmuş, idman jurnalistikasında söz sahibinə çevrilmiş və eləcə də sözünün sahibi olan dostları ürəkdən təbrik edirəm.
Futbolumuz ürəyimiz istəyən kimi inkişaf etməsə də, futbolla bağlı qəzet və saytlar çox sürətlə inkişaf elədilər. Həm gözəl şərhçilər, həm də futbolu əllərinin içi kimi bilən idman jurnalistləri ordusu yarandı. "Qol.az"ın kollektivi də bu ordunun önündə gedən "batalyonlardan" biridi.
Aydın Bağırov səni və kollektivini bir daha ürəkdən təbrik edirəm. Yadınıza düşür yəqin, belə bir lətifə vardı. Altay Əliyev gözəl şərhçiydi, hətta zəif komandaların oyununu elə aparırdı ki, elə bil "Barselona" ilə "Real" oynayır. Milli komandanın o vaxtkı məşqçisi Ağasəlim Mircavadov bir dəfə Altaya demişdi:
- Altay, oğul, bir az yavaş apar ey, futbolçular çatdıra bilmir.
Doğrudan da, indi sizin və sizlərin mətbuatda tutduğunuz yeri futbolçularımız çempionatda tuta bilmir.
Və bir də, dostum, Seyid Lazım ağanın cəddi haqqı, əvvəlki dizaynınız bundan yaxşıydı.
Aqil ABBAS və "Ədalət"in kollektivi
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı