"Milli komandaya dəvət alırıqsa, oynamağa hazırıq. İlk hissənin sonlarında mənə dedilər ki, meydana çıxmağa hazırlaş. Mən də isinmə hərəkətləri etməyə başladım və fasilədən dərhal sonra qapıda yerimi tutdum. Rəqib məni çox narahat etmədi. Qələbə qazanmışıqsa, əlbəttə, baş məşqçimiz razı qalıb".
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin qapıçısı Səlahət Ağayev UEFA Millətlər Liqasının 5-ci turunda evdə Farer adalarını 2:0 hesabıyla məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. Səlahət fasilədə əvəzlədiyi əsas qapıçı Kamran Ağayevin son durumundan məlumatsız olduğunu söyləyib:
"Kamranın zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirəm. Ancaq ayağında ağrıları vardı. Milliyə dəvət alırıqsa, mən də, Emil Balayev də hər an oynamağa hazır olmalıyıq".
Qolkiper Kosovonun səfərdə Maltaya 5:0 hesabıyla qalib gəlməsinə də toxunub: "Əsas öz oyunumuzu fikirləşirik. Bildiyiniz kimi, Kosovoyla səfərdə çətin matçımız qalıb. Öz oyunumuza köklənib yaxşı nəticə qazana bilərik. Əlimizdən gələni edərək qələbəyə nail ola bilərik. Başqa yolumuz yoxdur".
"Neftçi"nin 28 yaşlı qapıçısı noyabrın 20-də Priştinadakı həlledici matçda Kamran Ağayevi əvəzləməyə hazır olduğunu bildirib: "Allah eləsin ki, Kamranın vəziyyəti yaxşı olsun. Futbolçudur, heç kim istəməz ki, zədə alsın. Mənə ehtiyac olarsa, ilk dəqiqələrdən oynamağa hazıram".
Qeyd edək ki, millimiz qrupdakı son oyununu noyabrın 20-də Priştinada Kosovoya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qurban Qurbanovun komandası yalnız rəqibini məğlub edəcəyi halda adını pley-offa yazdıracaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı