"Biz bu yola çıxanda – Millətlər Liqasında mübarizəyə başlayanda qarşımıza qrupda birinci yer tutmaq məqsədi qoymuşduq. Hazırda da komandanın strategiyası, baxışı bu istiqamətdədir. Növbəti iki oyundan 6 xal qazanmaq arzusundayıq".
Qol.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. UEFA Millətlər Liqasının 5-ci turun bu gün Farer adaları yığması ilə qarşılaşacaq millimizin şanslarını dəyərləndirən E. Məmmədov qrup birincisi olmağın minimum tələb olduğunu bildirib:
"Komanda üzvləri də bunu yaxşı başa düşürlər. Təbii ki, qrupda birinci yeri tutmaqla iş bitmir, hələ pley-off oyunları da var. Qrup birincisi olmaq minimum tələbdi. Artıq risk etmək olmaz. Əvvəlki matçlarda bunu etdik. Komanda məsuliyyəti anlayır. Ən önəmlisi həm Farer adaları, həm də 3 gün sonra Kosovo ilə səfər görüşündə qalib gəlməkdir. Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı