"Yaxşı məşq etmişik. Zədəli futbolçumuz yoxdur. Sabahkı oyunu səbrsizliklə gözləyirik. Azərbaycanla ilk oyunda 0:3 hesabı ilə uduzduq. Həmin oyunda kKobud səhvlərə yol verdik və rəqib bizi cəzalandırdı. Azərbaycan yaxşı komandadır. Lakin qalib gələcəyimizə inanırıq".
Qol.az-ın məlumatına görə, bu sözləri Farer adaları millisinin baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda sabah Azərbaycanla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
- Azərbaycana oyuna 4 gün qalmış gəlməyiniz nə ilə bağlıdır?
- Hava şəraiti Farer adaları ilə eynidir. Tez gəlməyimiz bura uyğunlaşmaq üçündür. İlk matçda uduzsaq da, bərabər oyun getdi. Bu dəfə də elə olacaq.
- Mətbuatda start heyətini açıqladığınız yazılmışdı. Hansısa dəyişiklik olacaq?
- Mən heç bir 11-lik elan etməmişəm. Ola bilər ki, bu, hansısa media nümayəndəsinin təxəyülünün məhsuludur.
- Komandanın kapitanı aqressiv görünürdü. Oyunçularınızın qırmızı vərəqə almasından ehtiyatlanmırsınız?
- Elə deməzdim. Onlar çox sakitdir. Emosianallıq hamımızda eyni formadadır.
- Azərbaycanla ilk oyunun mətbuat konfransına gəlməmişdiniz. Sabah da məğlub olsanız, eyni addımı ata bilərsiniz?
- Xeyr, bu, baş verməyəcək. Burda olmağımı istəyirsinizsə, nəticədən asılı olmayaraq, konfransa qatılacam.
- Qrupun favoriti sizcə kimdir: Kosovo, yoxsa Azərbaycan?
- Bu məsələ ilə bağlı öz fikrimi bildirəcəm. Baş məşqçi kimi, öz komandamı qeyd etmək çətindir. Qrupda qarşılaşdığımız ən güclü rəqib Kosovo idi. Favorit onlardı.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı