Azərbaycanın futbol veteranı Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.
Qol.az-ın xəbərinə görə, "Bayıl Arena"da keçirilən matçda Azərbaycan futbol veteranlarından təşkil olunmuş "Veteranlar" komandası Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birgə çıxış etmiş əcnəbi veteran oyunçulardan ibarət "Dostlar" komandası ilə qarşılaşıb.
Yerli komandaya Kazbek Tuayev, qonaqlara isə Valeri Qazzayev rəhbərlik edib.
Hər hissəsi 25 dəqiqədə ibarət olan matç 5:5 hesabı ilə başa çatıb. V.Qasımov hər iki komandanın heyətində fərqlənib.
“Veteranlar” – “Dostlar” - 5:5
Qollar: V.Qasımov, 24. S.Ələkbərov, 36; 37. Y.Hüseynov, 41. T.Əhmədov, 43 - V.Şmarov, 9; 39. V.Qasımov, 29; 50 İ.Kolıvanov, 45
"Veteranlar": 1. Elxan Həsənov, 2. Novruz Əzimov, 3. Ədahim Niftəliyev, 4. Tərlan Əhmədov, 5. Şahin Diniyev, 6. Nazim Süleymanov, 7. Yunis Hüseynov, 8. Yaşar Vahabzadə, 10. Vəli Qasımov (K) 11. Samir Ələkbərov, 17. Mahmud Qurbanov
Ehtiyat oyunçu: 20. Əli Abışov
Baş məşqçi: Kazbek Tuayev
"Dostlar": 1. Renat Dasayev, 2. Viktor Losev (K), 13. Xuan Xose Komaço, 4. Valeri Şmarov, 5. Roberto Bordin, 6. Dmitri Ananko, 7. Nikolay Pisarev, 8. Huakin Parra, 17. İqor Kolıvanov, 3. Adolfo Aldana, 19. Konde
Ehtiyat oyunçu: Ramiz Əhmədov
Baş məşqçi: Valeri Qazzayev
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı