UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda noyabrın 17-də Malta ilə qarşılaşacaq Kosovo yığması səfər öncəsi doğma "Fadil Vokri" stadionunda sonuncu məşqini keçib.
Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesindən sonra millinin bəzi üzvləri qarşıdakı oyunlar barədə fikirlərini açıqlayıb.
Komandanın yarımmüdafiəçisi Herolind Şala düşərgədə yüksək əhval-ruhiyyənin olduğunu bildirib:"Hər matça olduqca ciddi yanaşırıq. Çünki asan rəqib yoxdur. Yaxşı hazırlaşmışıq, millinin düşərgəsində atmosfer əladır. Oyunun ciddiyətini dərk edirik. Ona görə də səfərə qələbə üçün yollanırıq".
25 yaşlı yarımmüdafiəçi Hekuran Kryueziu öz oyunları ilə yanaşı, Azərbaycan millisinin Farer adaları ilə matçını da diqqətdə saxlayacaqlarını söyləyib: "Asan oyun yoxdur, ancaq biz Maltaya 3 xal üçün gedirik. Azərbaycanın da nə edəcəyinə baxacağıq. Lakin bu, bizi narahat etməməlidir. Çünki hədəfimiz qələbədir. Qrupun favoritiyik və daha da irəli getməliyik".
Kosovo millisinin müdafiəçisi Amir Rahmani də komanda yoldaşları kimi Malta ilə matça ciddi yanaşdıqlarını vurğulayıb: "Əlbəttə, oyunun çətin keçəcəyini gözləyirik. Çünki Malta öz nüfuzu üçün mübarizə aparacaq. Ona görə də görüşə tam ciddi yanaşırıq. Düşünürəm ki, 3 xal qazana bilərik".
Qeyd edək ki, noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo 3 gün sonra millimizi qəbul edəcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı