Maksim Medvedevdən tarixi rekord

Maksim Medvedevdən tarixi rekord
ÖLKƏ FUTBOLU 12 Noyabr 2018 / 16:36 3348
-  A +

Topaz Premyer Premyer Liqanın 11-ci turu Maksim Medvedev üçün əlamətdar olub.

Qol.az-ın PFL-in rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, “Qəbələ”ylə səfərdəki matç (3:1) müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub.

Yalnız bir komandada – "Qarabağ"da çıxış edən, Medvedev bununla da klubun tarixində yeni rekorda imza atıb. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib. Maksim 2006/07 mövsümündən çıxış etdiyi “Qarabağ”da keçirdiyi 269 oyunda 10 qol vurub. O, “Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus olan və ötən tur şərik olduğu rekordu yeniləyib.

Kərimov 1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub.

Qeyd edək ki, Maksim həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudur.

Daha çox


Son xəbərlər