"Rəqibimizin hazırlıq üçün bizdən bir gün çox vaxtı olmuşdu. Yüksək sürətlə işləyən mobil komandaya qarşı ağır oyun keçirdik”.
Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Vorskla”nın baş məşqçisi Vasili Saçko Ukrayna Premyer Liqadının 15-ci trunda "Şaxtyor"a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.
Komandasındakı çatışmazlıqlardan danışan çalışdırıcı "Qarabağ"la görüşü də xatırladıb: “Həm “Şaxtyor”, həm də “Qarabağ”la oyun nəyin üzərində daha çox işləməli olduğumuzu göstərdi. Bəzi məqamlarda istəyimizi həyata keçirə bilmirik. Qarşımıza ciddi hədəflər qoymuşuqsa, 2-3 mövqeni gücləndirməyimiz vacibdir. İndi yığmaların oyunları ilə əlaqədar fasilə yarandı. Bu, nəfəs dərməyimiz baxımından çox önəmlidir. Qarşıda çox vacib oyunlarımız olacaq”.
Xatırladaq ki, “Vorskla” noyabrın 8-də Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Poltavada "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”