“Milliyə çağırılmağım sevindirici haldır. Hər bir futbolçunun arzuladığı bir şeydir. Oynayacağım halda əlimdən gələni edəcəyəm ki, milli komandaya xeyir verim”.
Bu sözləri Qol.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov deyib. İlk dəfə milli komandaya çağırılan gənc forvard bununla bağlı təəssüratlarını açıqlayıb: “İlk dəfə çağırıldığımdan mənim üçün sürpriz oldu. Amma açığı, Qurban Qurbanovdan dəvət gözləyirdim”.
Mirabdullanın fikrincə, “Qarabağ”la oyunda (3:1) vurduğu qollar yox, bu mövsümkü çıxışı milliyə dəvət almasında əsas rol oynayıb: “Düşünürəm ki, əsas qol yox, oyundur. Baş məşqçi də çıxışıma qiymət verib, mənə dəvət göndərib. Milliyə davamlı olaraq çağırılıb-çağırılmayacağımı zaman göstərəcək. Mən tərəfdən deyə bilərəm ki, bundan sonra da yığmaya çağırılmaq üçün əlimdən gələni edəcəyəm”.
Abbasov UEFA Millətlər Liqasının Farer adaları və Kosovo ilə oyunları haqda da qısaca olaraq fikirlərini bildirib: “Əvvəlcədən fərqlənib-fərqlənməyəcəyimi deyə bilmərəm. İnanıram ki, komanda qələbə qazanar. Bir oyunçunun qol vurmağı vacib deyil”.
Qeyd edək ki, noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək millimiz 3 gün sonra səfərdə Kosovo ilə qarşılaşacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”