"Bu, daha çox xarakter oyunu oldu. Bizim üçün çox vacib matç idi. Məğlub durumda olsaq da, xarakter göstərib qələbə qazandıq. Bu sarıdan qələbəni önəmli sayıram".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu İnnosent Emeqara Topaz Premyer Liqasının XI turunda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri səfər oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. Qələbəni şərh edən futbolçu vurduğu qolun komandasına rahatlıq gətirdiyini bildirib:
"Mənim ikinci hissənin əvvəlində vurduğum qol komandaya rahatlıq gətirdi. Bu baxımdan həmin qolu önəmli sayıram. Bəxtsizlikdən qol buraxdıq. Bura udmağa gəlmişdik. Cümə axşamı Avroliqada oyunumuz olmuşdu deyə, yorğunluq vardı. Amma biz xarakter göstərdik. Buna görə də çox sevincliyik".
Qeyd edək ki, bu, Emeqaranın cari çempionatda 5-ci qolu olub.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”