Rüfət 7-ci qolunu vurdu

Rüfət 7-ci qolunu vurdu
XƏBƏR 11 Noyabr 2018 / 19:12 2625
-  A +

Almaniyanın 3-cü bundesliqasında 15-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Zonnenhof”un qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların yeganə qoluna Dadaşov imza atıb. O, matçın 54-cü dəqiqəsində, hesab 2:0 rəqibin xeyirinə olarkən fərqlənib. Bu, Rüfətin çempionatda 7-ci qolu olub.

Qeyd edək ki, “Proyssen” 15 turdan sonra 26 xalla 2-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner