"Zirə"də 100 oyun keçirən ilk futbolçu

"Zirə"də 100 oyun keçirən ilk futbolçu
XƏBƏR 11 Noyabr 2018 / 15:55 1760
-  A +

Topaz Premyer Liqasının 11-ci turu “Zirə”nin futbolçusu Adil Nağıyev üçün ikiqat əlamətdar olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Neftçi” ilə səfər oyunu müdafiəçinin komandada yubiley – 100-cü matçı kimi tarixə düşüb.

O, klub tarixində “100”ə çatan ilk futbolçu olub. Bu müddətdə müdafiəçi 6 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, A.Nağıyev 2015-ci ildən "Zirə"də çıxış edir.

Daha çox


Son xəbərlər
topaz banner