Topaz Premyer Liqasında 11-ci turun oyunları davam edir.
Qol.az xəbər verir ki, bu gün “Qəbələ” “Qarabağ”la qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 49-cu duel olacaq. Rəqiblər indiyədək 48 dəfə üz-üzə gəlib. Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub. Bu görüşlərdə "Qəbələ" 42, “Qarabağ” 59 qola sevinib. “Qəbələ”nin heyətində 28 fərqli futbolçu rəqib qapısına yol tapıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə qol vurub.
“Qarabağ”la Premyer Liqada 42-ci dəfə görüşəcək rəqiblər Azərbaycan kubokunda 7 dəfə üz-üzə gəlib. Çempionatdakı 41 görüşdə ağdamlılar 19, “qırmızı-qaralar” 10 dəfə 3 xal əldə edib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqada "Qəbələ" 37 qol vurub, 53-nü buraxıb.
“Qəbələ” 23-cu dəfə “Qarabağ”ı öz meydanında qəbul edəcək. Əvvəlki 22 ev oyununda 7 qələbəsi olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 8 dəfə uduzub. Bu matçlarda tərəflər hərəyə 24 qol vurub.(gabalafc.az)
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”