Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov “Dalğa Arena”nın ərazisində yerləşən Milli komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan milli komandasının baş məşçisi Qurban Qurbanov və U-21 yığmasının çalışdırıcısı Rəşad Sadıqov görüşdə iştirak edib. Baş katib çıxış edərək Avropa çempionatının seçmə mərhələsində U-19-a uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib. Komandanın baş məşqçisi Vüqar Məmməd göstərilən diqqətə görə minnətdarlığını bildirib, seçmə mərhələdə uğur qazanmağa çalışacaqlarını deyib.
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız 1-ci qrupda mübarizə aparacaq.
Futbolçularımız noyabrın 14-də İsrail, 3 gün sonra Gürcüstan, 20 noyabrda isə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacaq.
Yuxarı
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər