Digitürk Azərbaycanın "Caspium Group" şirkətilə qurduğu əməkdaşlıq nəticəsində Azərbaycanda hədəflərini böyüdür.
Qol.az-ın məlumatına görə, Türkiyənin lider rəqəmsal yayım platforması olan Digitürk Azərbaycanın bu sahədə fəaliyyətə başlamış şirkəti “ Caspium Group”la iş birliyi gerçəkləşdirdi. İmzalanan 3 illik müqavilə çərçivəsində Digitürk əyləncə və idman məzmunlu yüzlərlə kanalını ən son texnologiyaya uyğun şəkildə tamaşaçılara təqdim etməklə, Azərbaycanda mövcud olan tamaşaçıların böyük bir kütləsinə xitab etməyi hədəfləyir.
Yenilikçi çalışmalarla sektoruna başçılıq edən Digitürk beİN MEDİA GROUP-un güclü töhfəsi ilə irəliləməkdə davam edir.
Azərbaycan bazarında hədəflərini böyüdən Digitürk “Caspium Group” MMC ilə önəmli bir əməkdaşlığın təməlini qoydu. Digitürk imzalanan 3 illik müqaviləyə əsasən xidmət şəbəkəsini genişləndirdirərək mövcud müştərilərinə daha keyfiyyətli xidmət göstərməklə yanaşı, bazarda sürətlə böyüməyi hədəfləyir.
Noyabrın 8-i Bakıda Digitürkün yeni dönəmdə Azərbaycanda göstərəcəyi xidmətlər və hədəflərin açıqlandığı təqdimat mərasimi baş tutdu. Digitürk marketinq və satışdan məsul qrup başqanı Erem Demircanla bərabər Digiturk satışdan məsul başqanı Aydın Çamlıbel və Caspium Group şirkətinin icraçı direktoru Azər Cabbarovun da iştirak etdiyi tədbirdə platformanın həm mövcud abunəçilərə, həm də yeni müştərilərə daha geniş məzmunlu yayım təqdim ediləcəyi bildirildi. Digitürk yenilikləri ilə Azərbaycanda bazar payının əhəmiyyətli bir hissəsinə sahib olmağı hədəfləyir.
"Bu əməkdaşlıq ilə “Sizə sadəcə Digitürk yetər” vədimizə güc qazandırırıq".
Tanıtım mərasimində Azərbaycanın Digitürk üçün əhəmiyyətli bir bazar olduğunu və bölgədəki potensialı dəyərləndirmək məqsədilə sürətli və dinamik bir xidmət şəbəkəsi yaratdıqlarını bildirən Digitürk marketinq və satışdan sorumlu qrup başqanı Erem Demircan qeyd etd ki, Digiturk yarandığı ilk gündən indiyədək öncül bir texnoloji şirkət olaraq daim inkişaf etmişdir: "Xüsusilə, beİN MEDİA GROUP ailəsinə qatılmaqla Digiturk hər coğrafiyada müştəriyə uyğun məhsul və xidmətlərin, zəngin məzmunlu kanalların, yenilikçi texnologiyaların birmənalı olaraq lideri olmaq hədəfi ilə fəaliyyətini davam etdirir. Azərbaycan bizim üçün xüsusi könül bağımızın olduğu özəl bir ölkədir. İmzaladığımız müqavilə nəticəsində sürətli, dnamik servis şəbəkəmiz sayəsində azərbaycandakı dostlarımız Digitürkün əyləncə və idman məzmunlu yüzlərlə kanalarından təşkil olunan yayımı ən son texnoligiya ilə izləyə biləcəklər. 3 illik nəzərdə tutulan anlaşmamız ilə Digitürkün yenilikçi və zəngin dünyasını sərhəddləri aşıb daha çox insanla paylaşaraq təqdim etdiyimiz xidmətdən faydalanan müştəri sayını artırmağı hədəfləyirik. “Sizə sadəcə Digiturk yetər” vədimizə güc qazandıran bu əməkdaşlıqdan böyük xoşbəxtlik duyuruq".
Daha sonra "Caspium Group" şirkətinin icraçı direktoru Azər Cabbarov çıxış edərək bildirdi ki, bu gün dünyanın ən dinamik inkişaf edən, ən innovativ ölkələrində biri olan Azərbaycan Respublikasında müxtəlif sahələrdə müasir texnoloji yeniliklər tətbiq olunur: "Rəqəmsal tv və radio xidmətləri də artıq dövrün tələbinə çevrilib. İndi Azərbaycan tamaşaçısı evində 100-lərlə müxtəlif dillərdə, fərqli ölkələrin tv kanlını seyr edə bilir. Bu gün biz bunların arasına daha birini - Digitürk video platformasını da qatırıq. Dünyanın bir çox ölkəsində tamaşaçıların görüşünə gələn Digitürk platforması bizim “Caspium Group” şirkətilə imzalanmış müqaviləyə əsasən Azərbaycanda daha da böyüməyi, xidmət və yayın səviyyəsini daha da artırmağı hədəfləyir. Milli Televiziya və Radio Şurası şirkətimizə bu fəaliyyətin həyata keçirilməsi üçün müvafiq lisenziya verib".
Azər Cabbarov qeyd etdi ki, Azərbaycanda türk telviziya kanallarına tamaşaçı marağı böyükdür: "Bu hər şeydən əvvəl aramızda dil fərqinin olmamasından irəli gəlir. Biz ümumilli liderimizin qeyd etdiyi kimi 1 millət 2 dövlətik".
Azər Cabbarov bildirdi ki, Digitürk onlarla film, əyləncə, idman kanallarını yüksək HD keyfiyyətində tamaşaçılara təqdim edir: "Digiturk platformasının Azərbaycanda ən böyük tələb gördüyü isə beİN sports kanallarında nümayiş olunan Spor Toto Super Liqasının maçlarıdır. Bu gün Azərbaycanda "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş"ın minlərlə tərəfdarı var və derbi oyunlarında Bakının küçələri eynilə İstanbuldakı kimi tərəfdarlarla dolur. Digitürklə birgə fəaliyyətimiz həm də Azərbaycanda idmanın, futbolun daha da inkişafına, təbliğinə və sevilməsinə xidmət edir. Ümidvarıq ki, yaxın illərdə bizim də töhfəmizlə Azərbaycanda futbolla məşğul olan gənclərin və azarkeşlər ordusunun sayı daha da artacaq".
Sonra tədbir bədii hissə ilə davam etdi.

Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı