İbrahimoviç söz-söhbətə son qoydu

İbrahimoviç söz-söhbətə son qoydu
XƏBƏR 7 Noyabr 2018 / 18:31 4154
-  A +

“Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviç Avropaya qayıdacağı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görə isveçli forvard xəbərləri təkzib edib. 37 yaşlı futbolçu komandadan ayrılmaq fikrində olmadığını söyləyib:

“Klub mənim arzularımdan xəbərdardır. Onlar hər zaman nəsə lazım olanda mənə və ailmə kömək ediblər. Burada xoşbəxtik. Hər kəslə gözəl münasibətim var. Bir sözlə, heç nəyə görə narahat deyiləm”.

İbrahimoviç Avropa klublarından təklif aldığını da gizlətməyib: “Sirr deyil ki, Avropadan klublar mənimlə maraqlanır. Ancaq mən üstünlüyü “Qelaksi”yə verirəm. Burada olduğum üçün xoşbəxtəm”.

Qeyd edək ki, son vaxtlar İbrahimoviçin adı “Milan”la yanaşı hallanırdı.

Daha çox


Son xəbərlər
topaz banner