“Vorskla” haqda nəsə demək çətindir. Komanda Avroliqada qrup mərhələsinə vəsiqə qazandığı üçün UEFA-dan 3 milyon avro gəlir götürsə də, rəhbərlik hələ də futbolçulara olan borcunu ödəməyib. Bu şəraitdə oynamaq isə açox çətindir. Üstəlik, “Vorskla”nın futbolçuları gənc də deyil, insanların ailəsi var”.
Qol.az-ın məlumatına görə, bu sözləri məşhur ukraynalı məşqçi Oleq Federçuk yerli mətbuata açıqlamasında deyib. “Vorskla”dakı maliyyə böhranından danışan mütəxəssis Poltava klubunun Avroliqanın qrup mərhələsində keçirdiyi oyunları da dəyərləndirib:
“Komandanın bəxti onda gətirib ki, Vladislav Kulaç əla formadadır. Onun sayəsində irəliləyirlər. Hər oyunda qol vurur. “Arsenal”la oyunda uğursuzluq oldu, “Sportinq”lə matçda isə çoxlu səhv etdilər. “Qarabağ”a da uduzmalı idilər, amma azərbaycanlılar ev oyununda çox yorğun görünürdü. “Vorskla” Avropa Liqasında pley-offa çıxmaq yox, Premyer Liqada 3-cülüyü qorumaq haqda düşünməlidir. Çünki bu, həm Avroliqanın qrupuna birbaşa vəsiqə, həm də yaxşı maliyyə imkanı deməkdir”.
Qeyd edək ki, “Vorskla” Avroliqanın qrup mərhələsinin 4-cü turunda sabah “Qarabağ”ı qəbul edəcək. Matç Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər