"Çelsi"nin sabiq baş məşqçisi Antonio Kontenin London klundan istədiyi təzminatın məbləği məlum olub.
Qol.az- "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis vaxtından əvvəl istefaya göndərildiyi üçün "zadəganlar"dan 23 milyon avro tələb edir. Ancaq "Çelsi" rəhbərliyi Kontenin tələbi ilə razılaşmır. Üstəlik klubun vəkilləri çalışdırıcını bəzi öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. Onlar iddia edirlər ki, Konte komandanın sükanı arxasında olarkən paytaxt təmsilçisinin tərəfdaşları ilə olan sponsorluq öhdəliklərini pozur, həmçinin öz şəxsi avtomobilini bazanın yaxınlığında nəzərdə tutulan dayanacada park etmir və tez-tez mətbuat konfranslarına gecikirdi.
Qeyd edək ki, mövsümün əvvəlində Konteni istefaya göndərən "Çelsi" onun əvəzinə Mauritsio Sarrini baş məşqçi təyin edib.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər