Ürfan Abbasov “Qəbələ”də 200-cü oyununu keçirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 26 yaşlı müdafiəçinin yubileyi Topaz Premyer Liqasının X turunun “Sabah”la matçına təsadüf edib. “Qırmızı-qaralar”ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmaya qədər 199 dəfə komandanın formasını geyinən müdafiəçi bu görüşə kapitan sarğısı ilə çıxıb.
“Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçu olan Ürfan 2011/12 mövsümündən komandada çıxış edir. Onun debütü 2012-ci il fevralın 21-də “Xəzər Lənkəran”la ev matçında gerçəkləşib. Müdafiəçi qarşılaşmanın 66-cı dəqiqəsində oyuna daxil olub və 2:1 hesablı qələbədə iştirak edib.
Bu müddətdə 200 dəfə meydana çıxan Ürfan 3 qol vurub, 47 sarı, 2 qırmızı vərəqə alıb. O, 14 dəfə komandanı kapitan sarğısı ilə meydana çıxarıb. Bütün qollarını Premyer Liqada vuran müdafiəçi çempionatda 162, Azərbaycan kubokunda 23, UEFA Avropa Liqasında 15 dəfə şans qazanıb.
Xatırladaq ki, “Qəbələ”də ən çox oyun keçirən futbolçuların siyahısında Dodo (161) ikinci, Dmitri Bezotosnı (150) üçüncüdür.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər