La Liqada yeni bombardir – Luis Suares

La Liqada yeni bombardir – Luis Suares
XƏBƏR 4 Noyabr 2018 / 10:15 4898
-  A +

İspaniya La Liqasında bombardir dəyişib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 11-ci turun “Rayo Valyekano” ilə oyununda (3:2) iki qol vuran “Barselona”nın hücumçusu Luis Suares ən sərrast futbolçuların siyahısında liderliyə yüksəlib. Uruqvaylı futbolçu 9 qolla Yaqo Aspası qabaqlayır. İspaniyalı forvardın ehtiyatında isə 8 qol var.

Qeyd edək ki, Suares 9 qoldan 5-ni son iki oyunda vurub.

Daha çox


Son xəbərlər
topaz banner