"Klub daim qələbə qazanıb, ən yaxşı olmaq üçün yaradılıb. Məhz buna görə biz “Real”da işləyirik. Amma nəticələr asan əldə edilmir. Bunun üçün böyük güc sərf edirik. Ona görə də hər bir titulun qədrini bilməliyik".
Qol.az-ın “Mundo Deportivo” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Real”ın prezidenti Florentino Peres deyib. Komandasının bu mövsümkü çıxışını dəyərləndirən futbol funksioneri uğursuz nəticələrə baxmayaraq, hədəflərinin dəyişmədiyini bildirib:
“Bizim möhtəşəm komandamız var. Keçmişdə də göstərmişik ki, bütün titulları qazana bilərik. Deyərdim ki, bu mövsümdə də hədəflərimiz dəyişməyib”.
Qeyd edək ki, bir neçə gün öncə Xulen Lopeteqini istefaya göndərən “Real” 10 turdan sonra 14 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Hazırda “kral klubu”na müvəqqəti olaraq, gənclər komandasının çalışdırıcısı Santyaqo Solari başçılıq edir.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq