İbrahimoviç "Milan"a keçir – arvadı icazə verdi

İbrahimoviç "Milan"a keçir – arvadı icazə verdi
XƏBƏR 3 Noyabr 2018 / 14:19 3941
-  A +

“Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviçin qışda “Milan”a keçidi həll olunmaq üzrədir.

Qol.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, tərəflər arasında danışıqlar müsbət yöndə davam edir. İsveçli futbolçunun həyat yoldaşı Helena da artıq bu keçidə razılıq verib.

Ancaq maliyyə feyr-pley qaydaları ilə bağlı UEFA-nın diqqət mərkəzində olan İtaliya klubu 37 yaşlı futbolçunun transferini elə həll etmək istəyir ki, buna görə cəza almasın.

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə “Milan”ın şərəfini qoruyub.

Daha çox


Son xəbərlər
topaz banner