19 yaşlı yarımmüdafiəçi "Real"ın hədəfində

19 yaşlı yarımmüdafiəçi "Real"ın hədəfində
XƏBƏR 3 Noyabr 2018 / 13:07 2773
-  A +

"Mançester Siti”nin yarımmüdafiəçisi Braim Dias “Real”ın maraq dairəsinə düşüb.

Qol.az-ın “Marca” nəşrinə istinadn yaydığı xəbərə görə, “kral klubu” mövsümün sonunda ingilislərlə müqaviləsi başa çatacaq 19 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. “Şəhərlilər” İspaniya gənclər yığmasının üzvü ilə bir neçə aydır müqaviləni uzatmaq barədə danışıq aparsa da, hələlik razılıq əldə edə bilməyib.

Qeyd edək ki, “Mançester Siti”nin İngiltərə Liqa Kubokunda “Fulhem”i 2:0 hesabı ilə məğlub etdiyi matçda hər iki qolu məhz Dias vurub.

Daha çox


Son xəbərlər
topaz banner