"Neftçi"yə qarşı oynamayacaqlar - "Keşlə"də 4 itki

"Neftçi"yə qarşı oynamayacaqlar - "Keşlə"də 4 itki
XƏBƏR 3 Noyabr 2018 / 12:30 2168
-  A +

Topaz Premyer Liqanın 10-cu turunda bu gün “Neftçi”ni qəbul edəcək “Keşlə” oyuna itkilərlə çıxacaq.

Klubdan Qol.az-a verilən məlumata görə, komandanın 4 üzvü paytaxt derbisində forma geyinə bilməyəcək. Ötən tur “Qarabağ”la oyunda qırmızı vərəqə görən Samir Məsimov cəza, Andre Klennon, Fuad Bayramov və Məmməd Quliyev isə zədə səbəbindən bu günkü matçı buraxacaqlar.

Qeyd edək ki, “ASK Arena”dakı oyun saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner