"Zirə" və "Səbail"in legionerləri milliyə dəvət aldı

"Zirə" və "Səbail"in legionerləri milliyə dəvət aldı
ÖLKƏ FUTBOLU 2 Noyabr 2018 / 14:20 1991
-  A +

"Zirə"nin üzvü Aleksandr Dedov və "Səbail"in oyunçusu Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hücumçular UEFA Millətlər Liqası çərçivəsində Moldovanın San Marino ilə səfər və Lüksemburqla ev oyununda iştirak etmək üçün yığmaya çağırılıb.

Qeyd edək ki, San Marino ilə oyun noyabrın 15-də, Lüksemburqla isə noyabrın 18-də olacaq.

Daha çox


Son xəbərlər