"Bolt Yamayka millisinə çağırıla bilər" - federasiya prezidenti

"Bolt Yamayka millisinə çağırıla bilər" - federasiya prezidenti
XƏBƏR 1 Noyabr 2018 / 18:09 2245
-  A +

Dünyaca məşhur atlet Useyn Bolt Yamayka millisinin təlim-məşq toplanışına dəvət ala bilər.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə yerli federasiyanın prezidenti Maykl Riketts məlumat verib. Onun sözlərinə görə, hazırda Avstraliyanın "Sentral Kost Meriners" klubunda baxışda olan Bolt özünü yaxşı tərəfdən göstərə bilsə, yığmaya  çağırıla bilər:

"Bolt Yamayka klublarından biri ilə müqavilə bağlamadığı üçün üzüldüm. Bu, onu daha yaxşı izləmək üçün bizə üstünlük qazandırardı. Əgər Bolt kifayət qədər yaxşı olduğunu göstərə bilsə, Yamayka millisinə çağırılacaq. Hər şey nəzarətimiz altındadır. Onun çıxışını diqqətlə izləyirik".

Qeyd edək ki, Bolt "Sentral Kost Meriners"in heyətində oktyabrın 12-də "Makartur Saut Vest Yunayted"ə qarşı yoxlama oyununda dubl edib.

Daha çox


Son xəbərlər
topaz banner