"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger yenidən məşqçiliyə başlayacağı vaxtı açıqlayıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, fransalı mütəxəssis gələn ildən öz sevimli peşəsi ilə məşğul olacağını bildirib. Lakin, o, bunun hələ dəqiq olmadığını söyləyib. Maraqlıdır ki, 69 yaşlı çalışdırıcı 22 illik Premyer Liqa karyerasına baxmayaraq, İngiltərədə işləməyi düşünmür.
Xulen Lopeteqinin istefaya göndərilməsindən sonra "Real"ın da Venqerlə maraqlandığı deyilirdi. Lakin məşqçinin bu il işləmək fikri olmadığından bu ehtimalın gerçəkləşməsi gözlənilmir.
Qeyd edək ki, Venqerin çalışdırdığı son klub "Arsenal" olub. Mütəxəssis 1996-2018-ci illər ərzində London təmsilçisinə başçılıq edib.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq