"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata karyerasını A Seriyasında davam etdirə bilər.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı futbolçu "Yuventus"un maraq dairəsinə düşüb. Nə mankunyanlar, nə də 30 yaşlı oyunçu mövsümün sonunda başa çatacaq müqaviləni yeniləmək barədə düşünmür. Əgər klub yarımmüdafiəçiyə yeni anlaşma təklif etməsə, onun gələn ilin yayında azad agent kimi "Yuventus"a keçəcəyi iddia olunur.
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında 7 oyun keçirən Mata 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq