Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, oktyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki (2817) yerini qoruyub. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç, 2835) 18, Fabiano Karuanadan isə (ABŞ, 2832) 15 xal geri qalır.
Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 20-ci (2736), Rauf Məmmədov 40-cı (2703), Eltac Səfərli (2671) 72-ci, Qədir Hüseynov (2664) isə 82-ci pillədə yer alıb.
Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422) 13 pillə geriləyərək 46-cı pillədə qərarlaşıb.
2397 xalla 63-cü olan Xanım Balacayeva ilk dəfə qadınların “100-lüy”ünə düşüb.Gülnar Məmmədova isə 2368 xalla 97-cidir.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq