"Milan"ın idman direktoru Leonardo komandanın baş məşqçisi Cennaro Qattuzonun istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəsmisi məlumatı təkzib edib. O, gənc mütəxəssisə inandıqlarını vurğulayıb:
"Qattuzonun istefası ilə bağlı xəbərlər klubdan kənarda yayıldı və heç bir əsası yoxdur. Ona görə təkzib bəyanatı vermədik. Qattuzo bilir ki, rəhbərlik ona tam güvənir".
Leonardo "Milan"ın bu mövsümdəki hədəflərini də açıqlayıb: "Qarşıya qoyulan əsas vəzifə Çempionlar Liqasına qayıtmaqdır. Hesab edirəm ki, bunun üçün hər bir imkanımız var".
Qeyd edək ki, "Milan" A Seriyasında 9 turdan sonra 15 xalla 7-ci pillədə yer alır.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq