"Qarabağ"ın rəqibi argentinalı müdafiəçi alır

"Qarabağ"ın rəqibi argentinalı müdafiəçi alır
XƏBƏR 31 Oktyabr 2018 / 01:42 2359
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal” “Ayaks”ın müdafiəçisi Nikolas Talyafikonu heyətinə qatmağa hazırlaşır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu artıq argentinalı futbolçu üçün qarşı tərəfə 9 milyon avroluq təklif göndərib. “Topçular” bu keçidi qış transfer pəncərəsində gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, 26 yaşlı cinah oyunçusu bu mövsüm “Ayaks”sın heyətində keçirdiyi 16 görüşdə 2 qol vurub, 2 dəfə isə məhsuldar ötürmə ilə yadda qalıb.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner