Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Qol.az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, Sərəncama əsasən, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat məbləğində mükafat veriləcək. Olimpiadada ikinci yeri tutan hər bir idmançıya və məşqçiyə müvafiq olaraq, 30 min və 15 min manat məbləğində mükafat nəzərdə tutulub. Üçüncü yeri tutan idmançı 20 min, onun məşqçisi isə 10 min manat məbləğində mükafatlandırılacaq.
Bundan başqa, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) prezidentinin sərəncamına əsasən, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə MOK-un mükafatlarının məbləği də müəyyənləşib. Belə ki, birinci yeri tutan hər bir yeniyetmə idmançıya 25 min manat, onun məşqçisinə 12,5 min manat mükafat veriləcək. İkinci yerə layiq görülən idmançı 15 min manat, onun məşqçisi 7,5 min manat məbləğində mükafatlandırılacaq. Üçüncü yeri tutan hər bir yeniyetmə idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat məbləğində mükafat nəzərdə tutulub.
Hər iki sərəncama əsasən, komandanın baş məşqçisi idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafatlandırılacaq.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə