Almeyda ehtiyatda qaldı

Almeyda ehtiyatda qaldı
XƏBƏR 28 Oktyabr 2018 / 22:33 1523
-  A +

Qazaxıstan çempionatında 31-ci turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın çıxış etdiyi “Astana” da növbəti matçına çıxıb.

Paytaxt təmsilçisi səfərdə “Tobol” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Almeyda bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, "Astana" hazırda 71 xalla 12 iştirakçı arasında vahid liderdir. Paytaxt təmsilçisi sona üç tur qalmış çempionluğu təmin edib.

Daha çox


Son xəbərlər
topaz banner