Kosta 17 oyundur qol vura bilmir – La Liqada

Kosta 17 oyundur qol vura bilmir – La Liqada
XƏBƏR 28 Oktyabr 2018 / 12:05 2021
-  A +

“Atletiko”nun hücumçusu Dieqo Kostanın uğursuz çıxışı davam edir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, La Liqanın son turunun “Real Sosyedad”la oyununda (2:0) fərqlənə bilməyən Braziliya əsilli ispan futbolçunun daxili çempionatda qolsuz oyunlar seriyası artıq 17-yə çatıb. O, sonuncu dəfə ötən mövsümün 2-ci yarısında, daha dəqiq desək, fevralın 25-də "Sevilya” ilə görüşdə (5:2) qol vurub.

Qeyd edək ki, Kosta bütün turnirlərdə sonuncu dəfə sentyabrın 18-də, Çempionlar Liqasının qrup mərhələsinin “Monako” ilə matçında (2:1) rəqib qapısına yol tapıb.

Daha çox


Son xəbərlər
topaz banner