Məşhur isveçrəli məşqçi Sven-Yoran Erikssonun yeni iş yeri müəyyənləşib.
Qol.az xəbər verir ki, isveçli mütəxəssis Filippin yığmasının sükanı arxasına keçib. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 70 yaşlı çalışdırıcı ilə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, 2001 - 2006-cı illərdə İngiltərə yığmasına başçılıq edən Eriksson Meksika və Kot dİvuar yığmalarını da çalışdırıb. Bundan başqa, təcrübəli mütəxəssis "Göteborq" (İsveç), "Benfika" (Portuqaliya), "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Siti", "Lester" (hər ikisi İngiltərə) klublarına da rəhbərlik edib.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi