"Yuventus" Poqbanı icarəyə götürür?

"Yuventus" Poqbanı icarəyə götürür?
XƏBƏR 27 Oktyabr 2018 / 12:27 2592
-  A +

“Mançester Yunayted”də Joze Mourinyo ilə yola getməyən Pol Poqba karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

Qol.az-ın “Tuttosport”a istinadən yaydığı xəbərə görə, “Yuventus” keçmiş futbolçusunu geri qaytarmaq istəyir. Hətta Turin klubunun yanvar ayında fransalı yarımmüdafiəçini icarəyə götürəcəyi, yayda isə 70 milyon avroya birdəfəlik transfer edəcəyi bildirilir.

İddiaya görə, əgər məbləğ “Mançester Yunayted”i razı salmasa, “Yuventus” cinah müdafiəçisi Sandro Vaqneri də ingilis klubuna təklif edəcək.

Qeyd edək ki, Poqba “Mançester Yunayted”ə 2016-cı ildə məhz “Yuventus”dan keçib.

Daha çox


Son xəbərlər
topaz banner