“Napoli”nin baş məşqçisi Karlo Ançelotti İtaliya futbolundakı problemlərdən danışıb.
Qol.az-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis əsas çatışmazlığın azarkeşlərin stadionlara gəlməməsi ilə bağlı olduğunu bildirib:
“İtaliyada böyük istedadlar yoxdur, amma yaxşı gələcək vəd edən futbolçular var. Bu mənada hansısa problem olduğunu düşünmürəm. Bizim problemimiz stadionlardadır, insanlar futbola gəlmirlər. Digər Avropa ölkələrində isə fərqlidir: insanlar vaxtlarını stadionda keçirməyə hazırdırlar. Çünki həmin arenalarda restoranlar və əyləncə məkanları var ki, orada ailənlə yaxşı gün keçirmək mümkündür”.
İtaliya derbilərindən də söz açan Ançelotti bu cür oyunlarda təhqirlərə çox yol verildiyini söyləyib: “İtaliyada derbilər zamanı təhqir və kobudluq çox olur. “Real” və “Barselona” da prinsipial rəqiblərdir, amma onlar xətti keçmirlər. Bundan xilas olmalı, stadionlarıailələr üçün rahat məkanlara çevirməliyik”.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi