"Hər şeydən öncə müdafiədə və hücumda kompakt oynayıb, öz şansımızı gözləyəcəyik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Vorskla"nın hücumçusu Mixail Serqeyçuk "Futbol 1" telekanalına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun "Qarabağ"la oyunu öncəsi fikirlərini bildirən 27 yaşlı futbolçu Ağdam klubunun cinah oyunçularını xüsusi fərqləndirib:
"Qarabağ"ın kifayət qədər yaxşı, sürətli cinahlar oynçuları var. Düşünürəm ki, daha çox bu məqama diqqət yetirməliyik. Məşqçilərimiz hər şeyi deyir, fərdi qaydada hər birini analiz edirlər. Fikrimcə, hər şey yaxşı olacaq".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu saat 20:55-də start götürəcək.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi