"Qarabağ"ın çətin rəqib olduğunu başa düşürəm. Avrokuboklarda təcrübəsi olan komandadır".
Qol.az-ın məlumatına görə, bu sözləri "Vorskla"nın kapitanı Vladimir Çesnakov "Futbol 1" telekanalına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün "Qarabağ"la keçirəcəkləri oyundan danışan 30 yaşlı müdafiəçi Poltavaya xalla qayıtmaq istədiklərini bildirib:
"Bizə asan olmayacaq, amma yaxşı nəticə, ən pis halda 1 xal qazanmaq üçün meydanda bütün gücümüzü ortaya qoyacağıq. Təbii ki, baxımlı oyun göstərmək istəyirik. Lakin əsas arzumuz buradan 3 xalla qayıtmaqdır".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu saat 20:55-də başlayacaq.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi