Veteran futbolçularımız "Vorskla"nın baş məşqçisi ilə görüşdü

Veteran futbolçularımız "Vorskla"nın baş məşqçisi ilə görüşdü
XƏBƏR 25 Oktyabr 2018 / 12:30 2858
-  A +

Azərbaycanlı futbol veteranları - Tərlan Əhmədov, Cahangir Həsənzadə və Fərrux İsmayılov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün "Qarabağ"la qarşılaşacaq "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko ilə görüşüblər.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, dünən Poltava təmsilçisinin Bakı Olimpiya Stadionundakı oyun öncəsi son məşqini ziyarət edən veteran futbolçular keçmiş komanda yoldaşları ilə ayaqüstü söhbət ediblər.

Qeyd edək ki, Saçko 2001-2006-cı illər mövsümündə "Volın"ın şərəfinin qoruyub. T. Əhmədov, C. Həsənzadə və F. İsmayılov isə 2003-cü ildə bu komandanın formasını geyinib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner