“Oyunun çətin keçəcəyini bilirdik. İlk qarşılaşma “Şerif”in yaxşı komanda olduğunu göstərmişdi. Evdə keçirdiyimiz ilk görüşdə heç-heçə etdik. Bu qarşılaşmadan sonra oyunu və rəqibi analiz edib, güclü və zəif tərəflərin müəyyənləşdirdik. Ən əsası isə futbolçularımız verilən tapşırıqları, qələbə üçün lazım olan hər şeyi etdilər".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunları çərçivəsində “Şerif”ə 3:1 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən deyib.
"Deməzdim ki, səfərdə evdəkindən daha yaxşı oynamışıq. Həmin oyunda da, xüsusilə ikinci hissədə qol imkanlarımız çox oldu. Cavab oyununda rəqib daha çox arxada oynadığından onları təzyiq altında saxlayıb, səhv buraxmağa məcbur etdik. İlk qol da bunun nəticəsi idi. Arxaya ötürmədə topu ələ keçirib hesabı açdıq. Digər iki qolumuz da pressinq sayəsində vuruldu" - deyə o bildirib.
E. İmaməliyev “Şerif” yaxşı komanda olduğunu söyləyib: " Həm müdafiə, həm hücumda oynamağı bacarır. Bu gün biz daha güclü oynadığımız üçün qalib gəldik. “Herta” – “Lex” oyununa gəlincə, hər iki komanda yaxşı rəqibdir. Futbolda zəif rəqib yoxdur. Yaxşı hazırlaşıb, onlarla bərabər səviyyədə oynamaq olar".
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi