"Sabahkı oyun bizim üçün çox vacibdir. Rəqibimiz güclü komandadır".
Qol.az-ın məlumatına görə, bu sözləri “Vorskla”nın müdafiəçisi İqor Perduta Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Qarabağ”la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Sabahkı matçla bağlı fikirlərini açıqlayan futbolçu Ağdam klubunun avrokuboklarda böyük təcrübəsinin olduğunu söyləyib:
“Qarabağ” son illər Azərbaycan çempionu olmuş və Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş komandadır. Avrokuboklarda böyük təcrübələri var. Deyərdim ki, azarkeşlərin zövq alacağı oyun olacaq”.
“Vorskla”nın üzvü “Qarabağ”ın heyətində 3 futbolçunu fərqləndirib: “Qarabağ” güclü komandadır. Hücum xətti sürətlidir. Mərkəz hücumçuları İnnosent Emeqara, həmçinin cinah oyunçuları Mahir Mədətov və Abdullah Zubiri fərqləndirərdim. Ancaq biz də vətənə qələbə ilə dönmək əzmindəyik”.
Komandadakı maaş probleminə də toxunan Perduqa artıq hər şeyin qaydasında olduğunu bildirib: “Klub rəhbərliyi həmişə ödəmələri vaxtında etməyə çalışır. Bəzən müəyyən gecikmələr ola bilər. Bununla belə onlar bizim arxamızdadılar. Artıq hər şey qaydasındadır”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi