"Bakıya böyük ümidlərlə yollanırıq" – "Vorskla"nın hücumçusu
“Bu səhər yaxşı əhval-ruhiyyə ilə oyanmışıq, çünki sabah Avroliqa matçına çıxacağıq. Düşünürəm ki, “Dinamo” ilə oyununun nəticəsindən asılı olmayaraq, biz bu oyunu gözləyirdik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Vorskla”nın hücumçusu Vladislav Kulaç “Futbol 1” telekanalına açıqlamasında deyib. Poltava təmsilçisi Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Qarabağ”la oyunu üçün ölkəmizə yola düşüb. Sərəf öncəsi sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayan 25 yaşlı futbolçu Bakıya iddialı gəldiklərini bildirib:
“Avrokubok oyunları hər zaman fəqli olur. Səfərə böyük ümidlərlə yollanırıq. İstənilən halda “Qarabağ”ı udub, Ukraynaya daha yaxşı əhval-ruhiyyə ilə qayıtmaq istəyirik”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.