Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelkonun təzyiqindən sonra Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ"la oyun ərəfəsində "Vorskla" klubunun futbolçularına olan borclar ödənilib.
Qol.az xəbər verir ki, bu barədə jurnalist İqor Burqas özünün "Twitter" hesabından paylaşım edib.
Onun yazdığına görə, Andrey Pavelko Poltava təmsilçisinin fəxri prezidenti Konstantin Jevaqoya məktub ünvalayıb və borclar ödənməsə, komandanın Londona “Arsenal”la matça səfərinin federasiya tərəfindən boykot olunacağı ilə təhdid edib.
Bundan sonra "Vorskla"nın futboçularına olan 5 aylıq borc qismən ödənilib və onlara gələcək ödənişlərin yaxın zamanda həll olunacağı sözü verilib.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"