"Vorskla"nı Bakıda nə qədər azarkeş dəstəkləyəcək?

"Vorskla"nı Bakıda nə qədər azarkeş dəstəkləyəcək?
XƏBƏR 24 Oktyabr 2018 / 13:01 2134
-  A +

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ın qonağı olacaq "Vorskla" Bakıda dəstəksiz qalmayacaq.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.az-a verdiyi məlumata görə, Ukrayna təmsilçisi 200 bilet sifariş edib. Bunlardan 100-ü azarkeşlər üçün nəzərdə tutulub. Digər 100-ü isə klubun qonaqları üçün ayrılan birinci kateqoriyalı biletlərdir.

Komandanın bu gün saat 13:30-da Bakıda olacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner