"Qarabağ" Avropa Lqasının qrup mərhələsinin üçüncü turunda "Vorskla" ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müraciətdə bildirilir: "UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ”ımız oktyabrın 25-i Bakı Olimpiya Stadionunda "Vorskla"nı qəbul edəcək. Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:55-dən etibarən istifadə edə bilər".
Qeyd edək ki, “Qarabağ”ın "Vorskla" ilə matçına bilet satışa davam edir.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"